Şamaxı Open 2025 elan olunur

Vüqar Həşimov Şahmat Fondu və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə “Şamaxı Open 2025” beynəlxalq şahmat festivalı elan edilir. Ümumi mükafat fondu 23,150 AZN (~13,617 ABŞ dolları) olan festival A və B qruplarında təşkil olunacaq. Daha ətraflı məlumat üçün saytda menyu ilə tanış ola bilərsiniz.

A qrupunda 1900 və daha yuxarı reytinqli şahmatçılar iştirak edə bilər. B qrupu 1899 və daha aşağı reytinqli şahmatçılar üçün açıqdır.

Birinci yer üçün mükafat A qrupunda 5000 AZN (2940 ABŞ dolları), B qrupunda 1000 AZN (588 ABŞ dolları) təşkil edir.