Şamaxı Open 2025 start götürdü

“Shamakhi Open 2025” beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib. Açılış mərasimində Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov, Şamaxı Rayon İcra Hakimiyyəti Başçının müavini Mehriban Eyyubova və Vüqar Həşimov Şahmat Fondunun Prezidenti Anar Allahverdiyev çıxış edərək, iştirakçılara uğurlar arzu etdilər. Azərbaycan Şahmat Federasiyası və Vüqar Həşimov şahmat fondunun təşkilatçılışığı ilə keçirilən festivalda 7 ölkədən 102 zəka sahibi öz qüvvələrini sınayır. Festivalda iştirakçılar A və B qruplarında mübarizə aparır. Klassik formatda keçirilən yarışın baş hakimi Beynəlxalq Hakim Elşad Abdullayevdir.

Yarışın ümumi mükafat fondu 23.150 manatdir. A qrupun qalibi 5.000, B qrupunun qalibi isə 1.000 manatın sahibi olacaq.

Festivalda klassik yarışdan əlavə olaraq şahmatın rapid və blits növü üzrə də turnirlər keçiriləcək.