“Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarışa Şamaxı ev sahibliyi edəcək.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı ilə keçiriləcək "Shamakhi Open" Beynəlxalq Şahmat Festivalı 15–22 iyul 2026-cı il tarixlərində Şamaxı şəhərində baş tutacaq.
Festivalda klassik, rapid və blits yarışları təşkil olunacaq.
♟ Turnirin ümumi mükafat fondu 23.300 AZN təşkil edir.
