Şamaxı Open 2026 start götürdü

Shamakhi Open 2026 Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirildi.

Mərasimdə təşkilatçılar və qonaqlar iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb və turnirin beynəlxalq şahmatın inkişafına verdiyi töhfəni vurğulayıblar.

Festivalda Azərbaycanla yanaşı müxtəlif ölkələrdən olan şahmatçılar mübarizə aparırlar.

Festival FIDE qaydalarına uyğun keçiriləcək və iştirakçılar beynəlxalq reytinq xalları uğrunda mübarizə aparacaqlar.

Açılış mərasimindən sonra turnirin ilk turunun oyunlarına start verilib.